VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-ci turunun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxıb. Təbriz təmsilçisi səfərdə Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Traktor Sazi" 12 xalla qrup lideridir. "Əl-Hilal" isə 8 xalla ikincidir.

19 aprel

Asiya Çempionlar Liqası, V tur

19:35.”Əl-Hilal” – "Traktor Sazi” - 0:2
Qollar: Aloys Nong, 66 (0:1), Farzad Hatami, 82 (0:2)


"Traxtur" klubu bu nəticə ilə tarixində ilk dəfə Asiya Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqəni təmin edib.
 
BAKU.WS