Çempionlar Liqasında 2-ci tura yekun vurulub.

BAKU.WS xəbər verir ki, turun mərkəzi görüşündə "Yuventus" "Barselona"ya öz meydanında məğlub olub.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə təmsilçisi "Başakşəhər" isə İstanbulda PSJ ilə bacarmayıb - 0:2.

28 oktyabr

E qrupu

21:55. "Krasnodar" (Rusiya) - "Çelsi" (İngiltərə) - 0:4
Qollar: Hudson-Odoy, 37, Verner, 37-pen., Ziyeç, 79. Pulişiç, 90

00:00. "Sevilya" (İspaniya) - "Renn" (Fransa) - 1:0
Qol: De Yonq, 56

F qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) 2:0
Qollar: Sanço, 78-pen. Haaland, 90+1

00:00. "Brügge" (Belçika) - "Latsio" (İtaliya) - 1:1
Qollar: Korrea, 14 (0:1), Vanaken, 42

G qrupu

00:00. "Ferensvaroş" (Macarıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2
Qollar: Nquen, 59, Boli, 90 - Tsiqankov, 28-pen. De Pena, 41

00:00. "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) - 0:2
Qollar: Dembele, 14, Messi, 90+1-pen.
Qırmızı vərəqə: Merih Demiral, 85 ("Yuventus")

H qrupu

21:55. "Başakşəhər" (Türkiyə) - PSJ (Fransa) - 0:2
Qollar: Ken, 64, 79

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Leypsiq" (Almaniya) - 5:0
Qollar: Qrinvud, 21, Raşford, 76, 78, 90+2, Martial, 86-pen.

BAKU.WS
VİDEO