“Bizim ehtiyat planımız yoxdur”.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.
O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib. Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

BAKU.WS