Türkiyə millisindən DÇ-2026-da şok antirekord: Qolsuz 62 zərbə

Türkiyə millisindən DÇ-2026-da şok antirekord: Qolsuz 62 zərbə
İdman 63

Türkiyə milli komandası 2026-cı il dünya çempionatında misligörünməmiş antirekorda imza atıb.

BAKU.WS Oxu.Az istinadən xəbər verir ki, komanda turnirin ilk iki matçında rəqib qapısına ümumilikdə 62 zərbə endirsə də, bunlardan heç biri qolla nəticələnməyib.

Qrup mərhələsinin 1-ci turunda Avstraliyaya 0:2, 2-ci turunda isə Paraqvaya 0:1 hesabı ilə məğlub olan türklər, bu iki oyunun nəticəsinə əsasən, dünya çempionatı ilə vaxtından əvvəl vidalaşıblar. Türkiyə yığması üçüncü tur çərçivəsində ABŞ seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2026 Amerika Birləşmiş Ştatları, Meksika və Kanadanın ortaq ev sahibliyi ilə keçirilir. İyunun 11-də start götürən nüfuzlu turnir iyulun 19-da başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər