Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
30
yan
2026
23:12
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda, bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Oxşar xəbərlər
Universitetlər rayonlara köçürülə bilərmi? - Deputatadan VACİB AÇIQLAMA
"ABŞ-də ən güclü və ilk onluqda yer alan universitetlərin yerləşdiyi ərazilərə baxdıqda görürük ki, onların əksəriyyəti böyük şəhər mərkəzlərində deyil, daha ki...