Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
28
dek
2025
12:47
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Məlumata görə, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
"Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - NİİM-in sürücülərə müaciətində bildirilir.
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazil...