Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb

Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb
Foto
Sosial 228

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Zəngilan rayonunun Ağalı kəndində ikinci mərhələ üzrə sakinlərin məskunlaşdırılması prosesi davam edir. Bu gün yola çıxan ailələr artıq doğma yurdlarına qovuşublar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndi bu gün daha 41 ailə olmaqla, 110 nəfərə qucaq açıb.

Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlardan 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb.

Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və kənddə yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

***08:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxşar xəbərlər

Paytaxtda 18 istiqamətdə tıxac var

Paytaxtda 18 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı və...

18 Sosial 08:17 15 yanvar 2026

Son xəbərlər