Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub

Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub
Sosial 12

Zəngilanda Azərbaycan kontekstində sərfəli sıra evlər konseptində yeni prototip təqdim edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, barədə Şəhər dizaynı və planlaması üzrə ixtisaslaşmış "SA-Partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi və SCUPA ilə birlikdə məktəb binaları üçün yeni prototip təqdim edilib: "Bu məktəb binası, ilk növbədə, böyüməyə uyğunlaşa bilir və ikincisi, uşaqlar üçün çox yaxşı təlim mühitini təşviq edir. Təkcə fərdi öyrənmə zonaları ilə deyil, həm də forması ilə cəlb edir. Forma uşaqları qaçmağa və hərəkət etməyə dəvət edir və biz aşkar etdik ki, hərəkət və idman uşaqların yaxşı inkişafının və intellektin formalaşmasının əsasını təşkil edir. Bu, Zəngilanda təqdim etdiyimiz və Kəlbəcərdə dağlıq əraziyə bir qədər fərqli formada uyğunlaşdırdığımız bir prototipdir".

O bildirib ki, şəhərlər insanlar üçün olduğu üçün icma və icma mərkəzlərinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir: "Bizə 2023-cü ildə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçirildiyi Zəngilan Konqres Mərkəzinin tikilməsi tapşırılıb. Bu Konqres Mərkəzi sadəcə konqres mərkəzi deyil, o, Zəngilan sakinləri üçün icma mərkəzidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər