Zəlzələ mütəxəssisi Ahmet Ercandan pis XƏBƏR
Türkiyənin tanınmış zəlzələ mütəxəssislərindən biri olan professor Övgün Ahmet Ercan anju əməliyyatı keçirib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, 2011-ci ildə bypass əməliyyatı olunan Ercan bu dəfə damar tutulması səbəbindən İzmirin Gazi Xəstəxanasında müalicə alıb. O, "Yenidən həyata döndüyüm üçün xoşbəxtəm" deyib.
Əvvəllər ayağından götürülərək yerinə yerləşdirilən damarının bu dəfə tamamilə tutulduğu müəyyən edilib.
Təcili şəkildə anjuya alınan Ercanın tutulmuş damarları stendlə açılıb. Həkimlər onun şah damarında olan 75 faizlik tutulma səbəbindən növbəti əməliyyata ehtiyac olduğunu bildiriblər. Həmçinin, 5 faiz tutulmuş damar balonla açılıb.
Ahmet Ercan vəziyyətini "Yenidən həyata döndüyüm üçün xoşbəxtəm" sözləri ilə ifadə edib.
Oxşar xəbərlər
"Bölgələrdə qiymətlər əlçatmazdır": Vətəndaşlar istirahət üçün xarici ölkələri seçirlər
İnsanların böyük əksəriyyəti istirahət üçün məhz yay fəslini seçir. Bu mövsüm turizm sahəsində də canlanma dövrüdür. Bəziləri istirahətini dəniz kənarında, bəzi...