Zaqatalada itlər kütləvi şəkildə güllələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, itlərin tələf olması ilə bağlı yayılan görüntülər araşdırılır.
Sözügedən görüntünü təqdim edirik:
Zaqatala Rayon İcra Hakimiyyətinin "qaynar xətt"i ilə əlaqə saxladıqda Oxu.Az-a bildirildi ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq:
"Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".
Qeyd olunub ki, Zaqatala Rayon İcra Hakimiyyətində baytarlıq tədbirləri görülür:
"İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür".
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...