Zakir Həsənov bu il Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərin sayını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə iyirmiyədək hərbi təlimi keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.
Nazir qeyd edib ki, hər il il sayı çoxalmaqla Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə tədbirləri həyata keçirilir:
“Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələrilə birgə təlimlərimiz keçirilib. Son təlimimiz də “Qardaş yumruğu” idi. Bu təlimdə də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı və döyüş qabiliyyətinin bir daha yüksək səviyyədə olduğu nümayiş etdirildi".
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...