Yuxuları ən çox çin çıxan BÜRCLƏR açıqlandı

Astroloqlar bəzi bürclərin intuisiya və altıncı hiss baxımından daha güclü olduğunu bildirir. Bu bürclərin nümayəndələri tez-tez gördükləri yuxuların gerçəyə çevrildiyini müşahidə edirlər.
BAKU.WS sözügedən 5 bürcü təqdim edir:
1. Əqrəb
Əqrəblər təbiətcə çox hissiyatlı və sirli insanlardır. Onların güclü intuisiya qabiliyyəti yuxularına da təsir edir. Gördükləri yuxuların çox vaxt xəbərdarlıq xarakterli olduğu deyilir.
2. Balıqlar
Balıqlar bürcü xəyallar və sezgilərlə əlaqələndirilir. Onlar yuxulardan simvolları düzgün oxumaqda ustadırlar. Gecə gördükləri obrazlar çox vaxt həyatlarında baş verəcək hadisələrin əksidir.
3. Xərçəng
Hissləri güclü olan Xərçənglər ailə və yaxın insanlarla bağlı yuxuları daha çox görürlər. Bəzi mənbələrə görə, onların gördüyü yuxular öncədən xəbər verən əlamət daşıyır.
4. Dolça
Dolçalar qeyri-adi düşüncə tərzinə malikdirlər. Onların yuxuları bəzən simvolik, bəzən də olduqca dəqiq olur. Astroloqlar Dolçaların gələcəklə bağlı məlumatları yuxular vasitəsilə aldığını iddia edir.
5. Oxatan
Oxatanlar sərbəst ruhlu və açıq fikirli olduqları üçün yuxularında başqa dünyalarla da "əlaqə" qura bildikləri deyilir. Gördükləri yuxular onların qarşısında duran imkanlar və risklərlə bağlı ola bilər.
Astroloqlara görə, bu bürclər yuxularına diqqət yetirməli və onları xatırlamağa çalışmalıdır. Çünki bəzən cavablar məhz orada gizlidir.
Oxşar xəbərlər
IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib
İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksi...
