Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda hər yerdə gördüyümüz mopedlər yollarda təhlükəli vəziyyətlər yaradır və sürücülərin öz həyatlarını riskə atmalarına səbəb olur.
Bu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmur, bu da onların tez-tez qayda pozuntuları etmələrinə gətirib çıxarır.
Moped sürücüləri də etiraf edirlər ki, yol hərəkəti qaydalarını pozurlar.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli mövzu ilə bağlı bildirib ki, gənclərlə maarifləndirmə işi aparılmalı və vətəndaşlar məlumatlandırılmalıdırlar. O əlavə edib ki, velosipedlərin və mopedlərin hərəkəti dövlət tərəfindən tənzimləyici mexanizmlərlə nəzarət altına alınmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev qeyd edib ki, bu nəqliyyat vasitələrinin qayda pozuntularına yol verdikləri halda 49 manat məbləğində cərimə tətbiq edilir.
Ətraflı İTV-nin süjetində:
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...