Yola çıxanlara VACİB XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsini yağışlı hava ilə bağlı hərəkət iştirakçılara müraciət edib.
Bu barədə İdarədən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırıb:
"Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyi tələb edir.
Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaq tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçün də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları da məsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır".
Oxşar xəbərlər
Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT
Hazırda Bakı ərazisində yağışlı hava şəraiti müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyət...