Yol polislərinə verilən cərimə faizi ləğv olunur?

Yol polislərinə verilən cərimə faizi ləğv olunur?
Sosial 8076
 

Bir neçə aydır yol polisi əməkdaşlarının cərimələrdən əldə olunan faizləri ala bilməməsi ilə bağlı "azadlıq” qəzetində məlumat yayılıb.

Sözügedən məlumatda hətta faiz sisteminin yaxın zamanlarda ləğv olunacağı da bildirilir. Bunun səbəbi isə hazırkı iqtisadi durumla əlaqələndirilir.

Yol polislərinə verilən cərimə faizi ləğv olunur?
 

"Qafqazinfo” yayılan məlumatla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, hansısa yol polisi əməkdaşının əməkhaqqına əlavə olunan faiz məbləğini almaması barədə quruma məlumat daxil olmayıb: "Ola bilər ki, kimsə məzuniyyətdə olduğu üçün ala bilməyib. Çünki məzuniyyət dövründə hesablanmır. Amma məbləğ qalan bütün əməkdaşların maaşına əlavə olunub. Kiminsə belə bir problemi varsa, məsələni ictimailəşdirməzdən əvvəl ondan yuxarı vəzifə tutan şəxslərə raportla məlumat verməlidir”.

Cərimə faizi məsələsinin ləğv olunması məsələsinə gəlincə isə K. Əliyev bundan məlumatlı olmadığını nəzərə çatdırıb: "Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatlı deyiləm. Bilirsiniz ki, cərimələrdən əldə olunan vəsaitin 25 faizinin əmək haqqına əlavə edilməsi ilə bağlı cənab prezident tərəfindən sərəncam verilmişdi”.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi ölkədə keçirilən "Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctim...

23 Hadisə 17:01 04 avqust 2016

Son xəbərlər