Yol polisini saxta görüntülərlə şantaj edən sürücünün etirafları

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olundu.
BAKU.WS xəbər verir ki, Bakıda "Opel" markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.
Belə ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılaraq barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.
Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.
Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.
Oxşar xəbərlər
MÜTDA-dan bağçalarda qidalanma ilə bağlı AÇIQLAMA
"Bundan sonra 500 bağçada təlim keçiriləcək". BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili...