Yol polisindən qeyri-adi addım: Sürücüyə kömək etmək üçün "protiv" sürdü" (VİDEO)

Yol polisindən qeyri-adi addım: Sürücüyə kömək etmək üçün protiv sürdü (VİDEO)
Video
Sosial 1764

Bakıdan Göygöl rayonuna gedən Məmmədov Ramilin başına qəribə hadisə gəlib.

BAKU.WS Xoxu TV-yə istinadən xəbər verir ki, o, yolu ititərək Gəncə şəhərinə sürüb. Buna görə də qarşısına çıxan yol patrul xidmətinin əməkdaşlarından Göygölə getmək istədiyini, ancaq yolu tanımadığını deyib. YPX əməkdaşları isə xidməti avtomobillərinin sirenlərini yandıraraq əks istiqamətə hərəkət edib və həmin sürücüyə də arxadan gəlməsini məsləhət görüb. Əks yolda YPX avtomobilini izləyərək Göygöl yoluna çıxan sürücü həmin anları telefonla qeyd edib. Yol polislərinin gözlənilməz yardımına görə onlara təşəkkür edib.

Aynur.Ə

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər