Bakıda yol polisindən sürücüyə gülməli radar protokolu (FOTO)
Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, protokolda 50 manat cərimənin qərarı çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir. Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir. Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, "Hyundai Santafe” markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur. BAKU.WS
Oxşar xəbərlər
Piyada keçidində erotik şou: Çılpaq qızları görən sürücü svetofora girdi (VİDEO)
Rusiyada maraqlı hadisə baş verib. Sərxoş vəziyyətdə yola çıxan bir qrup gənc piyada keçidində "podyuma çıxaraq” erotik şou göstəriblər. BAKU.WS Avtosfer.az-a...