Yol polisi skuter, moped, velosiped sürücülərinə XƏBƏRDARLIQ ETDİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, xəbərdarlıqda bildirilir:
"Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur.
Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər".
Oxşar xəbərlər
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Astara rayonunun Şiyəkəran kəndində Səfəvilər dövrünə aid döyüş bayrağının başlığı saxlanılır. Bununla belə, onu tapan sakinlər uzun illər ərzində onun nə olduğ...