Yevlaxın bir hissəsində qaz kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, saat 10:00-dan İdarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgedişli kranla əvəz edəcək və bununla bağlı "Yeni Yevlax" qaz paylayıcısında təmir işləri aparacaq.
Odur ki, Yevlax şəhərinin Nizami prospekti, K.Sabitov, S.Vurğun, Dostluq, Zərdabi, Y.Yevlax, Q.Quliyev, İ.Dəmirov, F.X.Xoyski, Nərimanov, Cavanşir, Şadlınski, M.Hüseynzadə, M.Hüseyn, İnşaatçılar, R.Behbudov, Ş.Qurbanov, Vidadi, F.Kərimov, Əfəndiyev, Firdovsi, C.Cabarlı və M.Ə.Rəsulzadə küçələrində, rayonun Varvara, Balçılı, Salahlı, Səmədabad, Yeni Çobankərə, Ağqıraqlı, Cırdaxan və İsmayılabad kəndlərində qaz kəsiləcək.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...