Yevlax şəhərində qazın verilişində fasilə yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Yevlax şəhərinin bir çox hissələrində qazın verilişində fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Birliyin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən Yevlax şəhərini "mavi yanacaq"la təmin edən "Yevlax-1" qazpaylayıcı stansiyasının (QPS) ölçü qovşağında aparılacaq təmir işləri ilə əlaqədar Yevlax şəhər Baxşəli İmanov, Bakı, Kür, Yuris Misirov, Füzuli, Pişəvəri, Nəsrəddin Tusi, Mirzə Sadıq Sadıqcan küçələrində qazın verilişində fasilə yaranıb.
Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...