Yerdə anomal maqnit qasırğası başlayıb

Yer kürəsində anomal maqnit qasırğası başlayıb və bu hadisə fasilələrlə 17 aprelə qədər davam edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə meteoroloq Yevgeni Tişkovets "Solovyov Live" efirində məlumat verib.
Onun sözlərinə görə, maqnit qasırğasına səbəb Günəşdə baş verən iki "nəhəng" protuberansın Yer maqnitosferasına çırpılmasıdır.
Tişkovets qeyd edib ki, bu hadisə meteohəssas insanların sağlamlığına ciddi təsir edə bilər və qarşıdakı sutka ərzində qısa dalğalı radiosiqnalların ötürülməsində problemlərə səbəb ola bilər.
Orta enliklərdə isə şimal işıqlarının görünməsi mümkündür.
Aprelin 16-sı səhəri Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsi İSZF-dən verilən məlumata görə, planetar maqnit sahəsində G2.3 səviyyəsində dalğalanmalar qeydə alınıb. Bildirilir ki, proqnozlaşdırılan pik artıq təsdiqlənib, lakin təkrar sıçrayışlar da mümkündür.

Oxşar xəbərlər
Əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin olunan Vüsal Nəsirli kimdir? - DOSYE
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub. Onlardan biri Vüsal Nəsirlidir. BAKU.WS oxuculara Vüsal Nəsirlinin dosyesini təqdim ed...