Yeni virus nə qədər təhlükəlidir?
Metapnevmovirusun əsas əlamətləri öskürək, burun tutulması, nəfəs darlığı və temperaturun yüksək olmasıdır.
Mütəxəssislər bildirirlər ki, bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxurlar.
Ümumiyyətlə, metapnevmovirus nədir, virusdan necə qoruna bilərik?
İnfeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, bu virus da digərləri kimi yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olur:
"Metapnevmovirus da koronavirus kimi pnevmoniyaya səbəb ola bilir. Lakin insanlar koronavirusu daha ağır keçirirdilər və yüksək yoluxduruculuq qabiliyyəti var idi".
O, xəstəliyin ilkin mərhələsində antibiotik və sistemlərin qəbulunu tövsiyə etmir:
"Erkən dövrdə antibiotiklərin qəbulu zərərlidir. Çünki immun sistemi zəifləyir. Hərarətsalıcı dərmandan istifadə etmək, bol maye qəbul etmək və istirahət rejimi bu xəstəliyin müalicəsində ilk görülməli olan tədbirlərdir".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik fotosunu yayan şəxs: "Dəfələrlə intihara cəhd etdim"
"Tülin Ələkbərova iki il öncə heç bir şəxsi tanışlığım olmamağına baxmayaraq, məni ölüm həddinə çatdırmışdı". BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.az-a açıqla...