Yeni nümunəli sürücülük vəsiqəsi tezliklə təqdim ediləcək

Yeni nümunəli sürücülük vəsiqəsi tezliklə təqdim ediləcək
Sosial 1537
Ötən gün "AvtoStop"-a istinadən saytımızda sürücülük vəsiqələrinin xarici ölkələrdə keçərli olmaması ilə bağlı məqlə yerləşdirilmişdi. BAKU.WS-in məlumatına görə, BDYP-dən rəsmi olaraq bildirilib ki, Vyana konvensiyasının 41-ci maddəsi və 6 saylı əlavəsində olan uyğunsuzluqdan xəbərdardırlar. BDYPİ-i icraedci orqan olduğundan bu barədə qanunverici orqan olan Milli Məclisə bununla bağlı müraciət edilib. Yaxın günlərdə qanuna dəyişiklik Milli Məclisin gündəliyinə daxil ediləcək və bu məsələ öz həllini tapacaq. Sürücülərin əlavə narahatlıq keçirməyinə heç bir əsas yoxdur. Tezliklə yeni nümunəli sürücülük vəsiqəsinin təsdiqləndikdən sonra müddəti çatmış sürücülük vəsiqələri dəyişdiiləcək.BAKU.WS

Son xəbərlər