"Yeni Klinika" Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
"74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "Yeni Klinikanın" reanimasiya şöbəsinə çox ağır - tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub".
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib.
Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: "Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması, bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sepsis və septik şok diaqnozu idi".
Oxşar xəbərlər
Türkiyənin qəhrəmanına çevrilən azərbaycanlı həkim - FOTO
Ötən həftə sosial şəbəkələr və türk mediası azərbaycanlı həkimin qəhrəmanlığından danışdı. Ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir ba...