Yeni İllə bağlı 5, yoxsa 7 gün iş olmayacaq? - RƏSMİ CAVAB
Qarşıdakı günlərdə Azərbaycanda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətil günləri gözlənilir.
BAKU.WS xəbər verir ki, hazırda tətilin 5 və ya 7 gün olması müzakirə mövzusudur.
Belə ki, bir müddət öncə sosial şəbəkələrdə ölkədə bayramlarla bağlı ardıcıl 7 gün iş olmayacağı barədə xəbərlər yayılmışdı. Bildirilmişdi ki, dekabrın 29, 30 və 31-i, eləcə də yanvarın 1-dən 5-nə qədər ardıcıl iş olmayacaq.
BAKU.WS məsələ ilə əlaqədar Nazirlər Kabineti ilə əlaqə saxladı. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bu günə belə bir qərar yoxdur.
Bu zaman, əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı - 5 gün olacaq.
Oxşar xəbərlər
Rumıniyada 44 il sonra ilk dəfə cüzam xəstəsi aşkarlandı
Rumıniya və Xorvatiyada 44 il sonra cüzam xəstəliyi halları aşkarlanıb. BAKU.WS xəbər verir ki, Rumıniyada bu xəstəlik uzun müddət görülməyib, lakin Cluj şəhər...