Yeni il öncəsi stress ürək üçün təhlükə yaradır - XƏBƏRDARLIQ

Yeni il öncəsi stress ürək üçün təhlükə yaradır - XƏBƏRDARLIQ
Sosial 36

Yeni il ərəfəsində güclü stress keçirən insanlara təhlükəli fəsadlarla bağlı xəbərdarlıq edilib.

BAKU.WS xəbər verir ki, kardioloq İtalo Menezes Ferreyra Terra nəşrinə açıqlamasında bildirib ki, Yeni il öncəsi yaranan güclü və uzunmüddətli stress ciddi sağlamlıq problemlərinə, o cümlədən infarkt riskinin artmasına səbəb ola bilər.

Həkimin sözlərinə görə, xroniki stress zamanı orqanizmdə adrenalin və kortizol kimi hormonlar uzun müddət ifraz olunur ki, bu da arterial təzyiqin yüksəlməsinə, ürək döyüntüsünün sürətlənməsinə və damar divarlarında lövhələrin yaranmasında iştirak edən iltihabi proseslərin güclənməsinə gətirib çıxarır.

Ferreyra xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərin risk qrupunda olduğunu vurğulayıb. Onun sözlərinə görə, stress bu cür insanlarda infarkt və ya insult ehtimalını əhəmiyyətli dərəcədə artıra bilər.

Mütəxəssis ailəsində ürək-damar xəstəlikləri olanlara, eləcə də hipertoniyadan, şəkərli diabetdən və yüksək xolesterindən əziyyət çəkən şəxslərə daimi əsəbilik, həddindən artıq yorğunluq, yuxusuzluq, ürəkdöyünmə və sinə nahiyəsində ağrılar kimi əlamətləri laqeyd yanaşmamağı tövsiyə edib.

Son xəbərlər