Yeni açılacaq "Xocəsən" metrostansiyasından XƏBƏR VAR

Bakı metropoliteninin "Xocəsən" elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri görülür.
"Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərinin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir".
Xatırladaq ki, "Xocəsən" elektrik deposu və "Xocəsən" yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Oxşar xəbərlər
Bakıda qısa zamanda açılacaq yeni stansiyaların dəqiq ünvanları AÇIQLANDI - VİDEO
Çoxumuz mənzil başına daha rahat, sürətli çatmaq üçün metrodan istifadə edirik. Amma şəhərin daha çox insan axını olan, tələbatın çox olduğu bəzi yerlərdə metro...