“Yaz cəriməni, çıxım, gedim - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər Nazirliyi Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” məsələsinə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “oxu.az”ın sorğusuna cavabında deyib ki, həmin fikirləri səsləndirən şəxs Sumqayıt şəhər sakini olub:
“Aprelin 6-da ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğuna görə şəhər sakini Mübariz Nəzərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və 100 manat məbləğində inzibati qaydada cərimə yazılıb.
Aprelin 17-də həmin şəxs yenidən ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozub.
Buna görə də onun barəsində yenidən protokol tərtib olunub, qanuna uyğun olaraq hər iki protokol baxılması üçün şəhər məhkəməsinə göndərilib”.
“Məhkəmənin qərarı ilə M.Nəzərov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilib”, - deyə DİN rəsmisi qeyd edib
Oxşar xəbərlər
DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi
Koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxma...