Yayda toz-torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi
Lənkəran rayonunun Sinovlu kənd sakinləri illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, bu günə qədər ərazidə yalnız səthi işlər aparılsa da, yol əsaslı şəkildə təmir olunmayıb.
Məsələyə aydınlıq gətirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən Sinovlu kəndinə gedən avtomobil yolunun mövcud vəziyyəti ilə bağlı daxil olan müraciətlərə əsasən, qeyd olunan yolun yenidən qurulması nəzərdə tutulur.
Yolun yenidən qurulması işləri Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Bu tarixdə...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 26-dan 27-nə gecə...