Yayda makiyaj dərini necə zədələyə bilər? – Kosmetoloqlar xəbərdarlıq edir

Yay aylarında isti hava, günəş şüaları və yüksək rütubət dəridə bir sıra dəyişikliklərə səbəb olur. Bu dövrdə makiyajdan istifadə düzgün aparılmadıqda, dəriyə ciddi zərər verə bilər. Kosmetoloqlar yay aylarında ağır makiyajdan uzaq durmağı tövsiyə edir.
BAKU.WS xəbər verir ki, yüksək temperatur şəraitində dəri daha çox tərləyir, məsamələr genişlənir. Bu zaman tonal krem, pudra və digər makiyaj vasitələri məsamələri tıxaya bilər ki, bu da sızanaq, qara nöqtə və iltihablı dəri problemlərinə yol açır.
Kosmetoloqların fikrincə, yayda dərinin nəfəs alma ehtiyacı daha çox olur:
"Ağır və qalın makiyaj qatları dərinin nəfəs almasına mane olur. Xüsusilə gün ərzində uzun müddət makiyajla qalmaq dəridə nəmlik balansını pozur və qıcıqlanma yaradır."
Günəş altında bəzi kosmetik məhsulların tərkibində olan kimyəvi maddələr dəri ilə reaksiya verə bilər. Bu, dəridə yanıq izləri, qızartı və ya ləkələrin yaranmasına səbəb ola bilər. Yayda makiyajı təmizləmədən yatmaq, ilin digər fəsillərinə nisbətən daha təhlükəlidir. Çünki isti havada dəridə daha çox bakteriya yığılır və bu, dəri infeksiyalarına səbəb ola bilər. Bəs nə etmək lazımdır ki, dərimiz nəfəs alsın?
-Yayda yüngül teksturalı BB və ya CC kremlərə üstünlük verin
-Dəriyə nəfəs alma imkanı tanıyın – makiyajsız günlər yaradın
-Günəş qoruyucu kremlərdən istifadə etməyi unutmayın
-Gecə mütləq makiyajı təmizləyin və dərini nəmləndirin
Kosmetoloqlar xəbərdarlıq edir ki, yay aylarında gözəl görünmək istəyərkən dərinin sağlamlığını təhlükə altına atmamaq üçün sadə qaydalara əməl etmək vacibdir.
Oxşar xəbərlər
İyul ayında günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI
2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cins...