Yay fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.
Bu barədə BAKU.WS-ə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.
Oxşar xəbərlər
Azərbaycanda yaz bu tarixdə başlayacaq
2023-cü ildə Yaz fəsli Azərbaycana 21 Mart saat 01:24-də daxil olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Qeyd olu...
