Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO
Sosial 2

Hər yay çimərlik mövsümü açılanda insanlar boğulma təhlükəsi ilə üz-üzə qalırlar. Dəniz çimərliklərində boğulanların sayı isə hər il artmaqda davam edir.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, müxtəlif illərdə boğulanlar arasında tanınmış şəxslərin yaxınları da yer alır.

Bunlar sırasında mərhum klarnet ustası Ata Atakişiyevin böyük oğlu İlkin Atakişiyev var. O, 1996-cı ildə dənizdə boğularaq vəfat edib.

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

Ötən ilin iyulunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızları, 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar Xəzər dənizində boğularaq ölüblər.

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

2015-ci ildə müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşı, 36 yaşlı Mahir Allahverdiyev Novxanı çimərliyində boğulub.

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Azərinin qardaşı da dənizdə faciəvi şəkildə vəfat edənlər arasındadır. 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğularaq dünyasını dəyişib.

O vaxtlar televiziya kanalında aparıcı işləyən H.Azəri həmin günü belə xatırlayırdı:

“Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim”.

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

Mərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin 16 yaşında olan böyük oğlu illər əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər