Yatmazdan 3 saat əvvəl yemək yesəniz...

Yatmazdan 3 saat əvvəl yemək yesəniz...
Sosial 1550

ABŞ-də aparılan araşdırmaya görə, həftədə ən az 4 gün və yatmazdan əvvəl 3 saat ərzində yemək kolorektal xərçəng riskini artırır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, gecə gec saatlarda yemək yeyəndə beyin gecə olduğunu zənn edir, bağırsaqlar isə gündüz olduğunu qəbul edir və buna uyğun işləyir.

Araşdırmada gec yemək yeyənlərin bağırsaqlarında adenomalar aşkar edilib. Adenoma xərçəng deyil, sadəcə onların 5-10 faizi zamanla xərçəngə çevrilir.

Ancaq bunlar kolonoskopiya ilə aşkar edilərək çıxarılsa, xərçəngə çevrilmir.

Axşam saatlarında daha az yemək və yatmazdan 3-4 saat əvvəl yeməyi dayandırmaq lazımdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər