“YAŞAT” Fondu şəhid ailələri və müharibə əlillərinin təhsil xərclərinə bu qədər vəsait sərf edib - FOTO

Şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsilinə "YAŞAT" Fondunun dəstəyi davam edir.
Bu barədə BAKU.WS-ə Fondun mətbuat xidmətindən bildirilib.
“YAŞAT” Fondu tərəfindən bu günədək təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.
Şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib, bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
