"YAŞAT" Fondu şəhidimiz Zərbəli Qafarovun ailəsinə dəstək göstərib
"YAŞAT" Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhidimiz Qafarov Zərbəli Vidadi oğlunun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırıb.
BAKU.WS xəbər verir ki, onun övladları Xalidə və Həsən Fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub, eləcə də məktəbli ləvazimatları ilə təmin ediliblər. Həmçinin Xalidə Fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti "Dünya" Məktəbində təhsil alır.
"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib?
Salyanın Yolüstü kəndindən keçən Salyan-Şirvan avtomobil yolunun vəziyyəti sakinlərin ciddi narahatlığına səbəb olub. Kənd sakinləri yolda yüksək sürətlə hərəkə...