Yasamalda sürücüləri narahat edən BƏRBAD YOL
01
sen
2025
11:57
Yasamal rayonu ərazisində yerləşən yolların birindı ciddi problem yaşanır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.
Sürücülər bildirir ki, yolda aparılan qazıntı və asfaltlama işləri düzgün aparılmadığından hərəkət ciddi şəkildə məhdudlaşıb.
Qeyd edilir ki, iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş yolun yalnız bir istiqaməti işlək vəziyyətdədir. Digər hissədə isə qazıntı işləri aparılıb və sonradan asfalt vurulsa da, yolun vəziyyəti qənaətbəxş deyil.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirl...