Yas mərasimləri neçəyə başa gəlir? - ŞOK RƏQƏMLƏR

Yas mərasimləri neçəyə başa gəlir? - ŞOK RƏQƏMLƏR
Sosial 211

İqtisadçı Eyyub Kərimli ölkəmizdə yas mərasimlərinin ailələrə neçəyə başa gəlməsi ilə bağlı paylaşım edib.

BAKU.WS həmin paylaşımı təqdim edir:

1-ci vəfat və dəfn günü: cənazənin yuyulması, kəfən, dəfn maşını, cənazə namazı - 1000-1500 AZN.

Qəbir yeri: şəhərdən kənarda tapsanız 2500-3000 AZN; qəbrin qazılması - 300 AZN.

Ehsan: evə gələn qonaqlar üçün 300-500 AZN.

Mərhumun 3 və 7 mərasimləri: mərasim evində bir nəfər üçün minimum 20-25 AZN, 300 nəfər üçün - təxminən 6000 AZN.

Molla (qadın və kişi): 500 AZN.

40 günə qədər cümə axşamları: 250 AZN x 5 = 1250 AZN.

40 mərasimi: 25 AZN x 200 nəfər = 5000 AZN.

Baş daşı: minimum 1500 AZN.

Beləliklə, 40 gün ərzində ümumi xərclər 18 000-20 000 AZN civarında olur.

Yas mərasimləri neçəyə başa gəlir? - ŞOK RƏQƏMLƏR

İqtisadçı qeyd edib ki, matəm qəfil baş verən hadisədir və ailələri hazırlıqsız vəziyyətdə yaxalayır. Onun sözlərinə görə, mərhumun ruhuna savab qazandırmaq üçün bu qədər vəsaitin imkansız uşaqların təhsil haqqına və ya ağır xəstələrin müalicəsinə xərclənməsi daha faydalı ola bilər.

E.Kərimli əlavə edib ki, mərasim evlərində verilən ehsanın maya dəyəri 20 AZN-dən çox deyil, lakin hər mərasimdən 2-3 min AZN, ay ərzində isə 40-60 min AZN gəlir əldə edilir.

O həmçinin bildirib ki, dövlət tərəfindən böyük qəbirstanlıqlar hazırlanmalı və vətəndaşlar ödənişsiz təmin edilməlidir.

Son xəbərlər