Yardımlının bəzi kəndlərində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 7-də Yardımlı rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayon ərazisində yerləşən "Yardımlı Əngəvül əhali" ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının dövri yoxlamadan keçirilmiş digər qaz sayğacı ilə əvəz olunmasıdır.
Bu məqsədlə avqustun 7-də saat 14:00-dan 16:00-dək "Əngəvül" qaz paylayıcı stansiyasından qidalanan Əngəvül, Binə, Büzünbül, Vərgədüz, Züvüc və Zövnə kəndləri də daxil olmaqla, ümumilikdə 680 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...