Yanacaq sərfiyyatını necə azaltmaq olar? – Sürücülərin NƏZƏRİNƏ! – VİDEO
10
okt
2017
22:43
Avtomobili olanlar bu xəbəri mütləq izləsin. Yanacağa qənat etməyin bir sıra üsulları var. Bu qaydalara əməl edən sürücülər 40 faizə qədər yanacğa qənaət edə bilərlər. Xüsusi ilə də qış mövsümü ilə əlaqədar ustaların sürücülərə tövsiyyələri var. Bir çox sürücülər xüsusi ilə də qış mövsümündə avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Halbuki qənaətin bir sıra üsulları var ki sürücülərin heç də hamısı bundan məlumatlı deyil. Amma müəyyən üsullarla avtomobilin yanacaq sərfiyyatını xeyli azaltmaq mümkündür. Avtomobillərdə yanacaq sərfiyyatına təsir edən bir sıra detallar var ki, onların vaxtında dəyişdirilməsi də yanacağın 5 altı faiz qədər qənaətlə sərf olunmasını təmin edir. Digər bir amil isə avtoomobilin şinlərinin təzyiqinin normadan az olmamasıdır. Həmçinin avtomobildə olan bütün elektronik funksiyalar da yanacağa təsir edir. Bundan əlavə yoxuşlarda asta hərəkət etmək,enişlərdə isə əksinə gərəksiz qaza basmaq yanacaq sərfini nəzərə çarpacaq qədər artırır. BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən az benzin sərfiyyatlı avtomobilləri: 100 kilometrə 3,2 litr (FOTO)
Dünyada ən azan benzin istehlak edən avtomobillərin adları açıqlanıb. BAKU.WS-in məlumatına görə, indi əksər ölkələrdə az yanacaq sərfiyyatlı avtomobillərə üstü...