Bütün avtomobillərdə bu detal sıradan çıxır - sürücüləri xərcə salan problem (VİDEO)
Son dövrlər Bakıda bir çox maşında sürücülərin ''injektor işığı'' kimi tanıdığı işıq yanır. Bu isə yanacaq sərfiyatını artırır, mühhərikin iş sistemini pozur. Buna görə əksər sürücülər böyük xərclər çəksə də, mütəxəssislər problemin hava filterini zamanında dəyişməməkdən qaynaqladığını bildirir.
Mütəxəssislər son zamanlar injektorun işığının yanması hallarının artmasını, avtomobilin mühhərikində olan oksigen sensorunun sıradan çıxması ilə izah edirlər. Bu hal yanacaq sərfiyyatına da təsir edir. Oksigen filteri xarab olan avtomobillərdə benzin sərfiyyatı hətta 30 faizə kimi arta bilir.
Avtomobillər üçün hava filterinin qiyməti marka və modelindən asılı olaraq, 8-15 manat arasında dəyişsə də, oksigen sensorunun qiyməti 80-120 manat arasındadır. Bakıda adətən hava küləkli və tozlu olduğundan sürücülər xüsusi ilə diqqətli olmalı, həm mühərrik, həm də avtomobilin salonunun hava filterini mütəmadi olaraq dəyişdirməlidirlər.
BAKU.WS
Oxşar xəbərlər
Dizellə işləyən maşınların sahibləri ziyana düşə bilər - 3 min manata qədər (VİDEO)
Avtomobildən paravoz kimi tüstü çıxır. Səsi isə traktoru xatırladır... Yerli dizel yanacağı ilə işləyən maşınlar mütəmadi yoxlanılmayanda bu hala düşür - səsi...