Xocavəndin elektrik şəbəkəsi yenilənir

Xocavəndin elektrik şəbəkəsi yenilənir
Video
Sosial 87

"Azərişıq" ASC doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/0,4 kV-luq yeni yarımstansiyalar tikilib. Hadrut, Qırmızı Bazar qəsəbələrinə, eləcə də Sos kəndinə köçürülən ailələr üçün 0,4 kV-luq elektrik şəbəkəsi yenilənib, 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.

Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb

"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul". BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərz...

45 Sosial 23:47 10 mart 2026

Son xəbərlər