Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə mənzillərinin açarları təqdim olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir.
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
***
Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qalereya
Oxşar xəbərlər
Bakıda ən çox bina bu rayonda söküləcək - YENİ AÇIQLAMA
Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib. BAKU.WS-in məlumatına görə, planda yaşayış fondu...