Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxsə 16 il HƏBS
21
apr
2025
15:01
Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyul ayında baş verib. Belə ki, Hüseyn Kazımov qısqanclıq zəminində həyat yoldaşı Ayşən Kazımovanı qəsdən yaşadığı evin pəncərəsindən aşağı atıb.
Oxşar xəbərlər
İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır?
Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifariş etmək kütləvi hal alıb. Vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini mü...