Xəzəryanı ölkələr "Xəzər dənizi günü"nü qeyd edir

Xəzəryanı ölkələr Xəzər dənizi gününü qeyd edir
Sosial 18

Bu gün Xəzəryanı dövlətlərdə "Xəzər dənizi günü" qeyd olunur.

BAKU.WS xəbər verir ki, "Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" Xəzər hövzəsinə daxil olan beş ölkə arasında ətraf mühitin qorunmasına dair ilk hüquqi saziş hesab olunur. Sənəd Xəzər dənizinin müxtəlif mənbələrdən çirklənməsinin qarşısının alınmasını, ekosistemin qorunmasını və bərpasını əsas məqsəd kimi müəyyənləşdirir.

Konvensiyada Xəzərin bioloji ehtiyatlarından davamlı və səmərəli istifadə, ekoloji monitorinq, elmi araşdırmalar və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı müddəalar da yer alır.

Saziş beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya edildikdən sonra 12 avqust 2006-cı ildə qüvvəyə minib. Həmin tarixdən etibarən 12 avqust "Xəzər dənizi günü" kimi qeyd olunur.

Günün əsas məqsədi Xəzər dənizinin ekoloji təhlükəsizliyinə diqqəti artırmaq, onun bioloji sərvətlərinin qorunması və bərpasını təşviq etmək, həmçinin əhalinin bu istiqamətdə maarifləndirilməsinə töhfə verməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər