Xəzər TV-nin aparıcısı ailəsindəki faciədən danışdı: "Toparlanmağa çalışacağıq" - FOTO
10
avq
2019
13:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Ağır bir imtahandan keçdik. Dözülməsi çətin olan, insanın belini qıran bir imtahan". BAKU.WS xəbər verir ki, bu sözləri ailəsində faciə yaşanan jurnalist Yusif Kərimli deyib.Xəzər TV-nin aparıcısı ağır günlərin geridə qaldığına desə də, qarşıda çətin imtahanların onu gözlədiyini deyib: "Toparlanmağa çalışacağıq təbii ki. Qarşıda bəlkə də daha çətin imtahanlar olacaq. Tab gətirmək üçün güclü olmaq lazımdır. Güclü olmağın əsas sirri isə dəyərli dostlardır. Bu günlərdə məni tək qoymayan bütün dostlarıma sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız!"Xatırladaq ki, ötən həftə teleaparıcı Yusif Kərimlinin 7 yaşlı oğlu Əmin dənizdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma gənc qız özü boğulub. Komaya düşən azyaşlı bir neşə gündən sonra ayılıb. Hazırda vəziyyəti yaxşılığa doğru gedir.
Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayılıb - Xəstəxanadan FOTO
Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb. Aparıcı BAKU.W...