Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb
23
avq
2017
20:06
Bu il ali məktəblərə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərənlərin sayı 300 nəfər (13%) artıb.APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib ki, qəbul imtahanlarında 500-dən yuxarı nəticə göstərənlərin sayı 12,97% olub, ötən il isə bu rəqəm 12,6% təşkil edib. M. Abaszadə deyib ki, 0-100 bal arası nəticə göstərənlərin arasında da müəyyən fərq müşahidə olunub: “Belə ki, ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030 nəfər idisə, bu il 11 999 nəfər belə nəticə göstərib. Bu il ali məktəblərə qəbul imtahanların 2 dəfə keçirilməsi bizə zəmin verirdi ki, nəticələrin ümumi tendensiyasında yaxşılaşma olacaq. Çünki birinci imtahandan sonra çox aşağı nəticə göstərənlər ikinci imtahana yazılmadılar. Yaxşı, hətta əla nəticə göstərənlər isə öz zəif və güclü nəticələrini görüb ikinci imtahan daha hazırlıqlı gələrək daha yaxşı bilik nümayiş etdirdilər. İmtahanların nəticələrinə əsasən deyə bilərik ki, I qrupda orta bal 2,6 bal (1,15%) artıb. II qrupda abituriyentlərin sayı azalıb və orta bal 11 bal (-4,16%) aşağı düşüb. III qrupda abituriyentlərin sayı 797 nəfər artıb və orta bal 6,67 bal (0,01%) artıb. V qrupda da ötən illə bu ilin arasında 12 bal (3.74) artım var. Ümumi bütün qruplar üzrə nəticələri götürsək, görürük ki, orta bal -1 bal (0,4%) aşağı düşüb. Ümumilikdə nəticələr onu deməyə əsas verir ki, bu il bakalavr pilləsində imtahan verən məzunların nəticələri ötən illə təxminən eyni səviyyədədir”.BAKU.WS
Oxşar xəbərlər
700 bal toplayan abituriyentlərin SAYI AÇIQLANDI - RƏSMİ
2007-ci ildən bu ilə kimi 82 nəfər qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplayıb. BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat xid...