Mehriban Xanlarova: “Nəvəmə görə 1 aydır xəstəxanada qalırdım"
27
fev
2018
10:30
Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarovanın nəvəsi uzun müddətdir xəstəxanadadır.Axşam.az-ın məlumatına görə, aktrisa üstünə qaynar su tökülüb yanan nəvəsinin dünən evə buraxıldığını bildirib:“Nəvəmin səhhəti ilə əlaqədar olaraq 1 aydır xəstəxanada qalırdım. Bu gün həkimlərin məsləhəti ilə bizi evə buraxdılar. Müalicənin xeyri oldu və hal-hazırda nəvəmin bədənindəki yanıq xəsarətləri yavaş-yavaş sağalır. Allah nə dostumu, nə düşmənimi xəstəxanaya salsın. Ən əsası isə heç kimi balası, nəvəsi ilə imtahan etməsin.Çətin günlərimdə məni yalnız buraxmayan ailəmə, həmkarlarıma, dostlarıma, nəvəm üçün dua edən bütün Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili Zeynəb Xanlarovadan Röyaya qucaq dolu dəstək! (VİDEO)
Əməkdar artist Röya Ayxan İnstagram hesabında paylaşdığı videoda SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın ünvanına təriflər yağdırıb. Xanlarovanın şou biznesdə...