Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Manqistau vilayətində fırtınadan sonra onlarla suiti cəsədi Xəzər dənizinin sahilinə çıxıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bir aydan az müddət ərzində dəniz 182 cəsədi sahilə atıb, onlardan 80-ə yaxını son üç gündədir.
Xəzər dənizi sahilində monitorinq aparılarkən Tüpkaraqan rayonunda da 12 suiti cəsədi aşkar edilib.“Aşkar edilmiş ölü suiti cəsədləri yüksək dərəcədə çürümüş vəziyyətdə olub, bu da onların ölümünün qışda baş verdiyini və bütün bu müddət ərzində leşlərin suda olduğunu göstərir. Aprelin 23-də başlayan və hələ də davam edən qərb küləyi nəticəsində onlar sahilə çıxarılıb”, - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəzər dənizi yox olacaq? - “Proses 2050-ci ilə qədər davam edəcək” - AÇIQLAMA
Son 10 il ərzində Xəzərin səviyyəsinin bir metrdən çox düşməsi ilə bağlı məlumatlar var. Buna səbəb kimi səthə düşən yağıntının miqdarının azalması, buxarlanma...