Nazirlikdən Şüvəlan çimərliyində aşkarlanan suiti cəsədləri ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, dünən Şüvəlan çimərliyində suiti cəsədlərinin aşkarlanması ilə bağlı xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.
Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, Şüvəlan çimərliyinin ərazisində ölmüş suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların ov silahı ilə vurulmadığı müəyyən edilib:
“Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəllərində Xəzər dənizinin Kalmıkiya sahillərində Xəzər suitilərinin naməlum səbəblərdən kütləvi ölümü baş vermişdi və onların cəsədlərinə hətta Xəzər dənizinin Azərbaycan hissəsinin şimal sahillərində də rast gəlinmişdi.
Bu suiti cəsədlərinin də ləpə vasitəsilə Azərbaycan sahillərinə çıxdığı ehtimal olunur”.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...